Dünənki imtahanın CAVABLARI açıqlandı

Dünənki imtahanın CAVABLARI açıqlandı
  12 May 2014    Oxunub:2693
Mayın 11-də TQDK ali təhsil müəssisələrinin 2-ci və 3-cü ixtisas qrupları (əvvəlki illərin məzunları) üzrə qəbul imtahanı keçirib.

TQDK-dan AzVision.az-a verilən məlumata görə, artıq düzgün cavablar komissiyanın saytında yerləşdirilib:

Azərbaycan bölməsi - II qrup üzrə CAVABLAR

Azərbaycan bölməsi - III qrup CAVABLAR

Rus bölməsi - II qrup CAVABLAR

Rus bölməsi - III qrup CAVABLAR

İmtahanda 18298 abituriyentin iştirakı nəzərdə tutulurdu. Onlardan 7896 abituriyent II qrup üzrə, 10402 abituriyent III qrup üzrə imtahan verib.

Abituriyentlərdən 16831 nəfəri (II qrup üzrə 7237 nəfər, III qrup üzrə 9594 nəfər) Azərbaycan bölməsinin, 1467 nəfəri (II qrup üzrə 659 nəfər, III qrup üzrə 808 nəfər) isə rus bölməsinin məzunudur. Abituriyentlərin 7596 nəfəri (II qrup üzrə 4857 nəfər, III qrup üzrə 2739 nəfər) oğlanlar, 10702 nəfəri (II qrup üzrə 3039 nəfər, III qrup üzrə 7663 nəfər) isə qızlardır.

15367 nəfər orta ümumtəhsil məktəblərinin, 249 nəfər ali təhsil müəssisələrinin, 2682 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur.

60 abituriyent xarici ölkələrin vətəndaşıdır.

Ən yaşlı abituriyent 1971-ci ildən, ən gənci isə 1996-cı ildəndir.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti