İmtahan nəticələri 2 günə açıqlanacaq - TQDK

İmtahan nəticələri 2 günə açıqlanacaq - TQDK
  12 May 2014    Oxunub:1418
Mayın 11-də TQDK ali təhsil müəssisələrinin 2-ci və 3-cü ixtisas qrupları (əvvəlki illərin məzunları) üzrə keçirilən qəbul imtahanının nəticələrinin yaxın iki gün ərzində açıqlanması gözlənilir.
Bunu AzVision.az-a açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib.

Onun sözlərinə görə, hazırda protokollar yoxlanılır:

“Hazırda protokolların yoxlanılması prosesi gedir. Günün ikinci yarısında başa çatacaq”.

E.Nağızadə bildirib ki, imtahan nəticələri yaxın iki gün ərzində ictimaiyyətə açıqlanacaq.

Qeyd edək ki, eyni zamanda TQDK test suallarının məzmunu ilə bağlı appelyasiya komissiyası yaradıb. Belə ki, mayın 11-də 2-ci və 3-cü ixtisas qrupları üzrə əvvəlki illərin məzunları üçün keçirilən qəbul imtahanında abituriyentlərə təqdim olunmuş test suallarının məzmunu ilə bağlı appelyasiya komissiyası yaradılıb.

Appelyasiya komissiyası mayın 12-də saat 10-dan 17-dək fəaliyyət göstərəcək.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti