“Məqsədimiz müəllimləri cəzalandırmaq deyil” - AÇIQLAMA

O vurğulayıb ki, qiymətləndirmənin məqsədi diaqnostik nəticə əldə etməkdir:
“İlkin olaraq diaqnostik biləcəyik ki, hansı müəllim hansı səviyyədə öz fənninə bələddir. Həmin insanlar üçün tədris proqramları nəzərdə tutulur. Nazirliyin ixtisasartıma insitutuna ayrıca tapşırıq verilib ki, nəticələrin təhlili əsasında müəllimlərin səviyyəsinin qaldırılması üçün ayrıca proqram hazırlasın. Bu qiymətləndirmənin məqsədi mövcud durumu, müəllimlərin səviyyəsini bilmək və onu daha da qaldırmaqdır. Qiymətləndirmənin məqsədi cəzalandırma deyil”.
Elnur Əliyev deyib ki, sualların çətinlik səviyyə mövcud proqram əsasında hazırlanıb: “Suallar əzbərçilik xarakteri daşımır, məntiqi sualdır. Təcrübəli müəllim sualın cavabını bilməsə də, istisna yolu ilə ona cavab tapa biləcək”.
Məktəb direktorlarının sınaqdan kənar qalmasına da münasibət bildirən E. Əliyev qeyd edib ki, hər şeydən əvvəl məktəb direktoru idaredicidir:
“Qeyd edim ki, bütün məktəb direktorları dərslə təmin olunmayıb. Onlardan ancaq bəziləri dərs keçirlər. Ona görə də onların əsas vəzifəsi məktəbi idarə etməkdir”.
Fatimə Kərimli