Olland Şəhidlər Xiyabanını ziyarət etdi
Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Fransa Respublikasının Prezidenti və nümayəndə heyətinin üzvləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət etdilər.
Prezident Fransua Olland “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Fransanın və Azərbaycanın dövlət himnləri səsləndi.
AIi qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.
Prezident Fransua Olland Azərbaycan paytaxtının mənzərəsini maraqla seyr etdi.
Teqlər: