Daha bir qanun layihəsi plenar iclasa tövsiyyə olunub

O bildirib ki, uyğunluğun qiymətləndirilməsi məcburi tələb olunan və insanların həyat və sağlamlığının, ətraf mühit və dövlətin, hüquqi və fiziki şəxslərin maraqlarına ziyan vura bilən malın, (xidmətin, işin) prosesin uyğunluğunu qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olan qurumların və “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanuna uyğun olaraq ölçmələrin vəhdətinin təmin edilməsi üzrə işləri yerinə yetirmək və xidmətlər göstərmək üçün akkreditasiya olunması tələb edilən orqanların akkreditasiyası məcburidir.
Məlumat üçün bildirək ki, akkreditasiya barədə müraciət akkreditasiya orqanına təqdim edildiyi gün qeydiyyata alınır. Akkreditasiya orqanı uyğunluğun qiymətləndirilməsi barədə müraciətini 10 iş günündən çox olmayan müddətdə araşdırır.
Layihədə o da qeyd olunub ki, akkreditasiya attestatı qanunda nəzərdə tutulan tələblərə və akkreditasiya tələblərinə uyğun halda, akkreditasiya orqanı tərəfindən uyğunluğun qiymətləndirilməsi qurumuna akkreditasiya attestatının verilməsi barədə qərar qəbul edilir.
Qanun dərc edildiyi gündən 3 ay sonra qüvvəyə minir.
Qeyd edək ki, müzakirələrin sonunda qanun layihəsi üçüncü oxunuşda Milli Məclisin plenar iclasına tövsiyyə olunub.
Sevinc İltifatqızı
Teqlər: