Pərviz Həşimliyə 9 il həbs istənildi

AzVision.az teleqraf.com-a istinadən xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. Prokuror Pərviz Həşimli və Təvəkkül Qurbanovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Pərviz Həşimli ötən il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur.