Oqtay Şirəliyev vətəndaşlarla görüşəcək

Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, nazir Qubada yaşayan vətəndaşlarla yanaşı Qusar, Xaçmaz, Şabran, Siyəzən, Qubadlı rayonlarından olan şəxslərin və Sumqayıt şəhər sakinlərinin də səhiyyə sahəsinə dair maraqlandıran suallarını cavablandıracaq.
Qəbulda habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.
Qəbula yazılmaq istəyən vətəndaşlar Quba Diaqnostika Mərkəzində qeydiyyatdan keçə bilərlər.
Teqlər: