Babək prospektində dəhşətli yanğın

Babək prospektində dəhşətli yanğın
  13 May 2014    Oxunub:1068
Bakının Babək prospektində, “Ulduz” avtoservisi ilə üzbəüz güclü yanğın başlayıb.

AzVision.az xəbər verir ki, yanğın neft və qaz kəmərlərinə yaxın ərazidə baş verib.

Yaxında yaşayış evlərinin olması təhlükəni daha da artırır. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə və yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda yanğının lokallaşdırılması istiqamətində tədbirlər görülür. (Apa)


Teqlər:





Xəbər lenti