Bakıda yenilik: taksi sürücülərinin xüsusi geyimi olacaq

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşı Əmrah Cəfərov deyir ki, təxminən bir aydan sonra taksi sürücülərinin hamısını eyni geyimdə görə biləcəyik: "Taksi sürücülərinin də xüsusi geyimdə olması, həm də müfəttişlərə qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olan sürücünü müəyyən etməkdə köməklik edəcək”.
Əmrah Cəfərov nəqliyyat departamentinin əməkdaşları ilə taksi sürücüləri arasında yaranan anlaşılmazlığa da aydınlıq gətirib.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşı bildirir ki, müfəttişlərin yalnız xidməti geyimdə, vəsiqələrini təqdim edərək taksi sürücülərinə yaxınlaşmaq icazələri var.
Hər halda, görülən işlər müsbətə doğru olduğundan, güman edək ki, bu taksi sürücüsü ilə departament əməkdaşlarının arasındakı münasbətlərində normallaşacağına gətirib çıxarar.(Ans)