“Ana kök olduğuna görə ölüb” - BAŞ HƏKİM

Həyati göstəriş olduğundan xəstə mayın 11-də gecə saatlarında əməliyyata götürülüb.
Əməliyyatdan sonra qadının boyu 53 sm, çəkisi 3 kiloqram olan qız uşağı dünyaya gəlib. Baş həkimin sözlərinə görə, dünyaya gələn körpədə də kifayət qədər ciddi patologiyalar aşkar olunub. Belə ki, anada olan xəstəliyin nəticəsində uşaqda hipoksiya, ağır asfeksiya diaqnozu müəyyənləşdirilib. Bununla belə, həkimlərin səyləri ilə körpəni xilas etmək mümkün olub.
Baş həkim ilkin ehtimallara görə, Nərmin Əsgərovanın ölümünə piy emboliyası xəstəliyinin səbəb olduğunu, amma bununla belə son rəyin Səhiyyə Nazirliyinin müvafiq komissiyası tərəfindən veriləcəyini bildirib.
Dünən isə doğulan qız uşağı Astaradan Lənkərandakı Perinatal Mərkəzə gətirilib.
Burada körpəyə müvafiq tibbi yardım göstərildikdən sonra onun həyatı üçün mövcud olan hər hansı təhlükə aradan götürülüb.