Şeyx dindarlar üçün kurs açdı

Din Xadimlərinin Təkmilləşdirilməsi Kurslarının mütəmadi olaraq təşkil ediləcəyi bildirilir. Kursların təşkili üçün lazım olan bütün maddi xərcləri QMİ öz üzərinə götürüb. Təkmilləşdirmə Kurslarının keçirilmə səbəbi din xadimlərinin bilik səviyyəsinin artırılmasıdır.
Kursların sonunda din xadimlərinə sertifikatlar veriləcək. Hər kurs 1 ay müddətində davam edəcək. Kurslarda Bakı İslam Universitetinin müəllim heyəti də mühazirələr keçəcək.
Fatimə Kərimli