SABAH qruplarına qəbul başlayır

“Təhsil naziri Mikayıl Cabbarov “Sabah” qruplarının yaradılmsı haqqında 2013-cü il 14 dekabr tarixində fikir səsələndirib ki, o vaxtdan başlayaraq bu qrupların yaradılması istiqamətində işlər aparılıb. Artıq bu gündən etibarən sabah qruplarına qeydiyyat müsahibə yolu ilə başlayır. Mayın 31-nə kimi qeydiyyat davam edəcək. Seçim prosesi 3 mərhələdən ibarət olacaq. Birinci mərhələ online ərizənin göndərilməsi, ikinci mərhələ məntiq və xarici dildən ibarət 50 test, üçüncü mərhələdə isə ikinci mərhələdən keçmiş gənclər buraxılacaq, bu da müsahibə yolu ilə həyata keçiriləcək. Müsabiqədən keçən 1300 gənc ikinci kursdan başlayaraq, “Sabah” qruplarında təhsil ala biləcəklər. Yeni təhsil ilində biz artıq həmin tələbələri görə biləcəklər”.
Nihadə Eyyubova