Elçin Quliyev vətəndaşlarla görüşəcək

DSX-nin mətbuat xidmətindən verilən məlumata görə, may ayının 22-də saat 11:00-da Lənkəran Sərhəd Dəstəsində keçiriləcək qəbulda Astara, Lerik, Lənkəran və Yardımlı rayon sakinləri iştirak edə bilərlər.
Qəbulda iştirak etmək istəyənlər onları maraqlandıran sualları may ayının 20-dək Dövlət Sərhəd Xidmətinin www.dsx.gov.az adlı rəsmi saytında yerləşdirməlidirlər. Qeydiyyat üçün 012-498-01-55 və 012-498-01-69 nömrəli telefonlarla əlaqə saxlanıla və ya Lənkəran Sərhəd Dəstəsinə müraciət edilə bilər.
AzVision.az