Azərbaycan Prezidenti: "Bu il Türkmənistanla ticarət dövriyyəmiz beş dəfə artıb"

      Azərbaycan Prezidenti:    "Bu il Türkmənistanla ticarət dövriyyəmiz beş dəfə artıb"
  14 Dekabr 2022    Oxunub:694
"Tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır".
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində Türkiyə və Türkmənistan Prezidentləri ilə geniş tərkibdə görüşündəki çıxışında bildirib.

Dövlətimizin başçısı deyib ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 45 faiz artaraq 5 milyard dollara çatıb.

“Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın, Türkiyədən Azərbaycan iqtisadiyyatına isə 14 milyard dollara yaxın sərmayə yatırılmışdır. Bu il Türkmənistan ilə ticarət dövriyyəsi beş dəfə artmışdır. Bu, rekord göstəricidir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti