Vəzifəli şəxsə cinayət işi açıldı

Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, araşdırmalar zamanı kooperativin icraçı direktoru İman Hüseynovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək kooperativ tərəfindən Xətai rayonunda inşa edilmiş çoxmərtəbəli yaşayış binasındakı mənzili qanunsuz olaraq təkrarən başqa şəxsə satmasında, eyni zamanda həmin mənzili 63 min manata satdığı halda rəsmi sənədlərə mənzilin guya 27 min 700 ABŞ dollarına satılması barədə bilə-bilə yalan məlumatlar daxil etməklə vətəndaşın qanuni mənayefinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
Teqlər: