Almaniyaya 5,7 milyon tondan çox Azərbaycan nefti göndərilib

Almaniyaya    5,7 milyon tondan çox    Azərbaycan nefti göndərilib
  14 Dekabr 2022    Oxunub:697
Azərbaycan Almaniyanın Cənubi Qafqazda mühüm ticarət tərəfdaşıdır. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 57 faiz artımla 1,3 milyard dollara yaxın olub.
AzVision.az
xəbər verir ki, bu barədə energetika nazirinin müavini Samir Vəliyev Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) təşkil etdiyi “AHK İmpuls” tədbirində deyib.

Nazir müavini bildirib ki, son dörd ildə Almaniya 5,7 milyon tondan çox Azərbaycan nefti ilə təchiz olunub. Bu ilin yanvar-avqust aylarında Almaniyaya ixracımızın 96,6 faizini xam neft təşkil edib.

AzVision.az



Teqlər: Neft  





Xəbər lenti