Sərdar Cəlaloğlu: “Ollanda deyəcək sözüm vardı”

“Ümumiyyətlə, partiyamızın Azərbaycanın demokratikləşməsi ilə bağlı fikirlərimizin onların planları ilə üst-üstə düşməməsi də digər səbəbdir”.
Partiya sədri Ollandın müxalifət liderləri ilə görüşünü də şərh edib. O hesab edir ki, mətbuata verilən məlumatlardan aydın olur ki, görüş formal xarakterlidir.
“Fransa prezidentinin çıxışından da məlum oldu ki, onları maraqlandıran Azərbaycanın iqtisadi imkanları, potensialıdır. Onlar daha çox indiki Avropanı bürüyən iqtisadi böhrandan çıxmaq üçün Azərbaycanda iqtisadi əlaqələri qurmağa üstünlük verirlər. Müxalifəti maraqlandıran isə demokratik məsələlərdir, Fransa da buna çox da maraq göstərmir. Çünki bu ölkənin özündə də qondarma erməni soyqırımı və digər sahələrdə problemlər var”.
Partiya sədri Fransua Ollanla görüşsəydi ona deyəcək sözünün olduğunu da gizlətməyib.
“Mən Fransua Ollandla görüşsəydim Fransa dövlətinin, həm Minsk qrupunun həmsdəri kimi, həm də 1800-cü illərdə Napoelonla müttəfiqlik etdiyimizə görə sonradan rusların bizim ərazimizi işğal etməsi, xalqımızı uzun illər əsarətdə saxlaması ilə bağlı öz iradlarımı bildirərdim. Sizə görə ruslar bizi işğal edib, siz isə bu gün erməniləri dəstəkləyirsiz. Fətəli şahın dövründə Fransızların Qafqazda yeganə mütəffiqi qacarlar olub. Fransa-Rusiya müharibəsindən sonra Fransanın müttəfiqi olduğuna görə, ruslar Qafqaza hücum etdi. Mən bu cür məsələləri qaldırardım”.
Qeyd edək ki, Fransa prezidenti Fransua Olland Azərbaycanda iki günlük rəsmi səfəri çərçivəsində ötən gün Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli ilə görüş keçirib.
Fatimə Kərimli
Teqlər: