"İnternet provayderlərinin şikayətləri əsassızdır" - Aztelekom

   "İnternet provayderlərinin şikayətləri əsassızdır" -    Aztelekom
  15 Dekabr 2022    Oxunub:940
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” MMC internet provayderlərindən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olmuş şikayətləri əsassız hesab edir.
AzVision.az xəbər verir ki, bu barədə dövlət şirkəti məlumat yayıb.

Məlumata görə, “Aztelekom” müvafiq məlumatları Dövlət Xidmətinə təqdim edib.

"Gördüyümüz işlər ölkədə rabitə xidmətlərinin keyfiyyətinin artırılmasına, 2024-cü ilin sonuna qədər bütün ölkə ərazisinin GPON və digər genişzolaqlı texnologiyalar əsasında sürətli internetlə təmin edilməsinə, bütövlükdə cəmiyyətin rəqəmsal inkişafına xidmət edir", - deyə "Aztelekom" bəyan edib.

AzVision.az



Teqlər:





Xəbər lenti