ABŞ dolayı yolla yenə də Çindən asılıdır

 ABŞ dolayı yolla yenə də Çindən asılıdır
  30 Yanvar 2023    Oxunub:1145
ABŞ-ın Çindən mal tədarükünü azaltmasına baxmayaraq, elektron komponentlərin əsas tədarükçüsü Pekin olduğu üçün dolayı yolla Vaşinqton bu ölkədən asılıdır.
Bu barədə South China Morning Post (SCMP) yazıb. Çin elektrik avtomobil akkumulyatorlarından və günəş panellərindən tutmuş bəzi elektron komponentlərə qədər bir sıra kritik məhsullar üzrə dünyanın ən böyük istehsalçısı olaraq qalır. İlk baxışdan ABŞ Çin mallarını başqa ölkələrdən aldığı üçün ondan daha az asılıdır. Bununla belə, dolayı yolla ABŞ Çindən asılı olmağa davam edir, çünki o, Vyetnam və Meksikaya elektron hissələri və yarımfabrikatların əsas təchizatçısına çevrilir.

Nəşrin məlumatına görə, 2021-ci ildə Vyetnam Çindən 110 milyard dollar dəyərində mal alıb, daşınmaların əsas hissəsi montaj üçün hissələr olub və bu mallar sonradan ABŞ-a göndərilib.

Meksika da Çindən aldığı malların əsas hissəsini sonradan ABŞ-a ixrac edir. Nəşr əlavə edib ki, Çinin 2020-ci ildə Hərtərəfli Regional İqtisadi Tərəfdaşlıq proqramını yaratması ona gətirib çıxarıb ki, bu bloka daxil olan ölkələr qlobal ÜDM-in təxminən 30%-ni təşkil edir ki, bu da ABŞ, Meksika, Kanada və AB ölkələridir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti