Dəmir yolu üzrə gediş haqqının dəyişdirilməsi nəzərdə tutulmayıb

   Dəmir yolu üzrə gediş haqqının dəyişdirilməsi nəzərdə tutulmayıb
  31 Yanvar 2023    Oxunub:988
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətin (QSC) fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 18 sentyabr tarixli Fərmanına əsasən, dəmir yolu daşımalarında tariflər və yığımlar “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən müəyyən edilir. Hazırda dəmir yolu üzrə gediş haqqının dəyişdirilməsi nəzərdə tutulmayıb".
Bu barədə AzVision.az -ın sorğusuna cavab olaraq QSC-dən məlumat verilib.

Qeyd edək ki, bu gün Tarif (qiymət) Şurasının keçirilən növbəti iclasında daşıyıcı şirkətlərin müraciətlərinə baxılıb və ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti