Bu il Gəncədə partlayıcı maddələr istehsal edən zavod tikiləcək

 Bu il Gəncədə  partlayıcı maddələr  istehsal edən zavod tikiləcək
  04 Fevral 2023    Oxunub:1412
Cari ildə Gəncə şəhərində partlayıcı maddələrin istehsalı üzrə zavodun tikinti işlərinin başlanılması və yekunlaşdırılmasını planlaşdırılır.
AzVision.az -ın “AzerGold” QSC-yə istinadən verdiyi məlumata görə, qurumun İdarə Heyətinin sədri Zakir İbrahimov Səhmdar Cəmiyyətdə 2022-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə bildirib.

Onun sözlərinə görə, “AzerGold” tərəfindən dövlət-özəl sektor tərəfdaşlığı modeli əsasında təsis edilmiş törəmə cəmiyyət – “AzerBlast” MMC tərəfindən sənaye əhəmiyyətli partlayıcı maddələrin istehsalı üzrə zavodun qurulması layihəsinin icrası istiqamətində işlərin sürətlə davam etdirilir.

O, istehsal gücü 31 min ton sənaye partlayıcısı olan zavod üzrə Gəncə şəhərində cari ildə tikinti işlərinin başlanılması və yekunlaşdırılmasının planlaşdırıldığını bildirib.

Z.İbrahimov həmçinin yeni yataqların istismarına hazırlıq çərçivəsində görülən işlərin sürətləndirilməsi, ehtiyatların artırılması məqsədilə geoloji kəşfiyyat işlərinin daha da intensivləşdirilməsi, bütün fəaliyyət istiqamətləri üzrə artım dinamikasının qorunub saxlanılmasına dair tapşırıq və tövsiyyələrini verib.

AzVision.az



Teqlər:





Xəbər lenti