İstanbul beynəlxalq qaz sammiti təxirə salınıb

İstanbul beynəlxalq qaz sammiti təxirə salınıb
  10 Fevral 2023    Oxunub:755
Fevralın 14-də Türkiyədəki qaz qovşağı ilə bağlı keçirilməsi planlaşdırılan İstanbul beynəlxalq qaz sammiti martın 22-nə təxirə salınıb.
Bu barədə TASS-a Türkiyənin Energetika Nazirliyindəki mənbə məlumat verib. Nazirlik qeyd edib ki, hazırda Türkiyədə baş vermiş zəlzələlərin nəticələrinin aradan qaldırılmasına bütün idarələr cəlb olunub. İdarələrin rəhbərliyi də fəlakət bölgəsində yerləşir.


AzVision.az


Teqlər:





Xəbər lenti