Yevlaxda ata və oğlu bıçaqlanıb, biri ölüb

   Yevlaxda ata və oğlu bıçaqlanıb,    biri ölüb
  13 Fevral 2023    Oxunub:899
Xəbər verildiyi kimi , fevralın 13-ü Yevlax rayon sakini Amin Əsədovun ölməsinə dair rayon prokurorluğunda araşdırma aparılıb.

Baş Prokurorluqdan AzVision.az -a bildirilib ki, araşdırma zamanı zərərçəkmiş şəxsin atası 1984-cü il təvəllüdlü Ramil Əsədovun da bıçaq xəsarətləri ilə xəstəxanaya daxil olması müəyyən edilib.

Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd etmə) maddələri ilə cinayət işi başlanıb.

Hadisəni törədən şəxs(lər)in müəyyən olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.


AzVision.az




Teqlər:





Xəbər lenti