Həkimlər 16 yaşlı qızın əlini 7 santimetr uzatdılar

Həkimlər 16 yaşlı qızın əlini 7 santimetr uzatdılar
  16 Fevral 2023    Oxunub:1346
Rusiya həkimləri unikal əməliyyat həyata keçiriblər. AzVision.az xəbər verir ki, Moskva Regional Uşaq Travmatologiya və Ortopediya Xəstəxanasının (MODKTOB) cərrahları 16 yaşlı qızın əlini 7 santimetr uzada biliblər.
Qeyd edilir ki, valideynlər bir neçə ildir övladlarının qolunda ağrılar və hərəkət məhdudiyyətlərindən əziyyət çəkməsi şikayəti ilə müraciət ediblər. Bundan əlavə, xəstənin bazu sümüyünün qısalması səbəbindən bir qolu digərindən 7 santimetr balaca olub.

MODKTOB-un baş həkimi Aleksandr Qriqoryev deyib: "Uşaq osteomieliti dayaq-hərəkət sisteminin ən təhlükəli xəstəliklərindən biridir. Bu xəstəlik nəinki müxtəlif fəsadlar və yüksək əlillik ehtimalı yaradır, hətta ölümlə nəticələnir. Pasiyentimizdə xəstəlik başın humerus sümüyünün sahəsinə təsir edib, bu səbəbdən sümük deformasiyaya uğrayıb və sağlam inkişaf etməyib".

Tural Tağıyev
AzVision.az



Teqlər: Həkim  





Xəbər lenti