Hindistan-Pakistan münaqişəsi qızışır | VİDEO

   Hindistan-Pakistan münaqişəsi qızışır   | VİDEO
  07 May 2025    Oxunub:684
Cammu və Kəşmirdə Nəzarət Xətti boyunca Pakistan və Hindistan orduları arasında qarşılıqlı artilleriya atəşi davam edir.
AzVision.az xəbər verir ki, Pakistan Hərbi Hava qüvvələrinin (HHQ) Hindistan hərbi bazalarına atdığı qanadlı raketlərin sayı təxminən 80-ə çatıb. Hindistan saytlarından biri isə, Kəşmirin Vuyan-Pampur şəhərində döyüş təyyarəsinin qəzaya uğradığını bildirib.

“Bloomberg” nəşrinin məlumatına görə, İslamabad Hindistanın HHQ-nə məxsus 5 təyyarəni vurduğunu və Hindistan əsgərlərini əsir götürdüyünü açıqlayıb.

Bu arada “Geo” telekanalı Pakistan ordusunun İctimaiyyətlə Əlaqələr departamentinin baş direktoru general-leytenant Əhməd Şərif Çaudriyə istinadən xəbər verib ki, Hindistan hərbçilərinin Pakistana endirdiyi zərbələr nəticəsində azı 8 nəfər ölüb, 35 nəfər isə yaralanıb.



Xatırladaq ki, Hindistan-Pakistan sərhədində gərginlik aprelin 22-də Cammu və Kəşmir ştatının məşhur Pahalqam turizm şəhərində terror aktından sonra artıb. Hadisə zamanı 25 Hindistan və bir Nepal vətəndaşı həlak olub.

Hücuma görə məsuliyyəti Pakistanda yerləşən “Ləşkər-e-Taibə” terror təşkilatının qolu olan “Müqavimət Cəbhəsi” öz üzərinə götürüb. Bundan sonra Hindistan və Pakistan arasında qarşıdurma xeyli güclənib və iki ölkə sərhədində atışmalar başlayıb.



Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Hindistan   Pakistan   münaqişə  





Xəbər lenti