Çin Rusiyadan kömür alışını üç dəfə artırıb

Çin Rusiyadan kömür alışını üç dəfə artırıb
  27 Fevral 2023    Oxunub:1037
2023-cü ilin ilk 40 günündə Çin əsas “Zabaykalsk-Mançuriya” sərhəd keçid məntəqəsi vasitəsilə Rusiyadan kömür idxalını üç dəfə artırıb.
Bu barədə Rusiyanın Harbindəki Baş Konsulluğu Telegram kanalında yazıb. Qeyd olunub ki, bu dövrdə enerji təchizatı 214% artaraq 438 min tonu ötüb. Ümumilikdə Çin Rusiyadan 6,2 min vaqon kömür alıb.

Baş Konsulluğun məlumatına görə, Rusiyadan gələn kömür Çin tərəfindən Heylonytsyan, Tsilin, Lyaonin əyalətlərində və Daxili Monqolustanın muxtar bölgəsinin şərq hissəsində enerji istehsalı üçün istifadə olunur.

Fevralın 8-də “Kommersant” əldə edilən məlumatlara istinad edərək yazıb ki, Uzaq Şərq limanlarında və Rusiyanın Avropa hissəsində kömürün ixrac qiymətləri tarazlaşmağa başlayıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti