Lavrov: “Şimal-Cənub” dəhlizinin tikintisi mütləq həyata keçiriləcək”

      Lavrov:    “Şimal-Cənub” dəhlizinin tikintisi mütləq həyata keçiriləcək”
  28 Fevral 2023    Oxunub:836
Rusiya və Azərbaycan beynəlxalq Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması üçün siyasi iradə nümayiş etdirirlər, ona görə də layihə mütləq həyata keçiriləcək.
AzVision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

"Mənə elə gəlir ki, mütləq tam şəkildə həyata keçiriləcək bu planlar, bütün asılı olduğu şəxslərin buna uyğun siyasi iradəsi var, regionun dünya siyasətində və iqtisadiyyatında əhəmiyyətini xeyli artıracaq"-Lavrov bildirib. Nazir qeyd edib ki, Bakıya səfəri çox səmərəli olub.

AzVision.az


Teqlər:





Xəbər lenti