Reuters: “Şimal axını”nın ləğvi planlaşdırılır

      Reuters:    “Şimal axını”nın ləğvi planlaşdırılır
  03 Mart 2023    Oxunub:1415
Rusiyanın “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərinin təmiri hələlik mümkün olmadığından onların istismarının dayandırılması planlaşdırılır.
AzVision.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

“Rusiyanın “Şimal axını” sualtı qaz kəmərləri bağlanacaq və söküləcək, çünki onların təmiri və ya istismarını bərpa etmək barədə planlar yoxdur”, - deyə hesabatda bildirilir.

Hazırda maraqlı tərəflərin konservasiya imkanlarını nəzərdən keçirdiyi bildirilir. Bu, qırılan hissələlərin möhürlənməsi ola, həmçinin suyu korroziyadan qorunmaq üçün borulara xüsusi bir örtük tətbiq oluna bilər.

AzVision.az



Teqlər:





Xəbər lenti