Forum təşkilatçıları rus diplomatların akkreditasiyasını ləğv etdi

   Forum təşkilatçıları rus diplomatların akkreditasiyasını ləğv etdi
  08 Mart 2023    Oxunub:746
Hyustonda keçirilən CERAweek beynəlxalq enerji konfransının təşkilatçıları son anda rus diplomatlarının akkreditasiyasını geri götürüblər.
Bu barədə TASS-a Rusiyanın Texasdakı baş konsulu Aleksandr Zaxarov məlumat verib.
“Tamamilə anlaşılmaz vəziyyət yaranıb, bu illər ərzində Rusiya biznesinin nümayəndələri, mən neft-qaz sənayesinin flaqmanlarını nəzərdə tuturam, həmişə iştirak ediblər. “Rosneft”, “Novatek”, “Lukoyl” şirkətlərinin rəhbərlərinin çıxışları zamanı zal həmişə dolu olub. 2017-ci ildə Rusiyanın energetika naziri Aleksandr Novakın başçılıq etdiyi böyük nümayəndə heyəti bura səfər edib. Rusiyanın Baş Konsulluğu 2003-2004-cü illərdə forumun açılışından bəri iştirak edir. Demək olar ki, həmişə dəvət alırdıq. Dəvət alındı, qeydiyyatdan keçdik, amma sözün əsl mənasında bazar günü axşam (5 mart - Red) akkreditasiyamız geri alınlb” – diplomat deyib.

Baş konsul Rusiyanın iştirakı olmadan dünya neft bazarındakı vəziyyəti təhlil etməyi qeyri-mümkün hesab edir: “Sual yaranır ki, dünyanın böyük neft “üçlüyü” ölkəsi olan Rusiyanın iştirakı olmadan nəyisə necə təhlil etmək olar? .Rusiya dünyanın ən böyük karbohidrogen istehsalçılarından biridir”.


AzVision.az


Teqlər:





Xəbər lenti