“Çin Rusiyaya hərbi yardım da göstərə bilər” - Alexandr Rar
“Rusiya onu Ukraynada məğlub etməyə can atan kollektiv Qərbdən təcrid olunub. Çin Rusiyaya təkcə diplomatik deyil, həm də hərbi yardım göstərə bilər. Çin Ukrayna böhranında ABŞ ilə birlikdə iki qalib dövlətdən biridir. Avropa İttifaqı və Rusiya isə uduzurlar. Çin öz iqtisadiyyatı üçün Sibirdən resurslar alacaq. 500 ildir Avropaya gedən resurslar indi Asiyaya və Çinə gedəcək”,- Rar deyib.
O həmçinin əlavə edib ki, Çin Rusiya və digər BRİKS ölkələri ilə birlikdə çoxqütblü dünya quracaq. Həmin dünyanın lideri də Çin özü olacaq.
Seymur Məmmədov
AzVision.az