"Azad edilmiş ərazilərin bərpasına xarici sərmayələr də cəlb olunacaq" - Nazir müavini

   "Azad edilmiş ərazilərin bərpasına xarici sərmayələr də cəlb olunacaq" -   Nazir müavini
  25 Aprel 2023    Oxunub:1209
"Bu günədək İqtisadiyyat Nazirliyinə işğaldan azad olunmuş ərazilərdə fəaliyyətlə əlaqədar 1400-dən çox müraciət daxil olub".
AzVision.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov İqtisadiyyat Nazirliyinin, KOBİA və ASK-nın təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda tədbirdə deyib. Onun sözlərinə görə, sənaye, kənd təsərrüfatı, ticarət və xidmətlər sahəsini əhatə edən 73 investisiya layihəsi üzrə işlərə artıq başlanılıb.

"İğaldan azad edilmiş ərazilərimizin bərpası və ölkənin yeni inkişaf strategiyası böyük həcmli maliyyə vəsaitləri tələb edir. Ona görə də təbiidir ki, iqtisadi quruculuq üçün investisiyaların cəlb edilməsi getdikcə daha da aktuallaşacaq. Hesab edirik ki, bu prosesdə özəl sektor daha fəal rol oynaya bilər və bu yalnız yerli sərmayələrə deyil, xarici sərmayələrin cəlb olunmasına da aiddir".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti