“Rublun zəifləməsi MDB ölkələrinə də təsir edəcək” – Ukraynalı ekspert

   “Rublun zəifləməsi MDB ölkələrinə də təsir edəcək” –    Ukraynalı ekspert
  14 İyul 2023    Oxunub:5618
İyulun əvvəlində bir ABŞ dolları 89 rubla çatdı. Beləliklə, qısa müddətdə rubl 10%-dən çox ucuzlaşdı. Ukraynanın Milli Strateji Araşdırmalar İnstitutunun Xarici Siyasət Araşdırmalar Mərkəzinin baş məsləhətçisi, iqtisad elmləri namizədi İvan Usun sözlərinə görə, bu neqativ dinamikanın əsasında bir neçə amil dayanır.
- Birincisi, bu, yığılmış effektin təsirdir. Sanksiyaların nəticələri özünü göstərir. İlin ilk beş ayında büdcə kəsiri 3,4 trilyon rubl təşkil edib. Halbuki, bütövlükdə 2023-cü il üçün 2,9 trilyon rubl kəsir nəzərdə tutulmuşdu. Onu ləğv etmək üçün ən azı 2,5 trilyon rubl əlavə emissiya buraxılması barədə qərar qəbul edildi. Belə bir təminatsız pul kütləsinin meydana çıxması və yeni pulların çapı prosesinin dayandırıldığı barədə məlumatın olmaması rublun zəifləməsi üçün ilkin şərait yaratdı, - ekspert AzVision.az -a bildirib.


İkinci amil Rusiyanın daxili siyasi vəziyyəti ilə bağlıdır. “Vaqner” özəl hərbi şirkətinin 1 milyondan çox əhalisi olan şəhəri ələ keçirməsi və onların Moskvaya qarşı elan etdikləri “Ədalət marşı”nın rublun zəifləməsinə müəyyən təsiri oldu. Baş verənlər sabitliyə inamı sarsıtdı və bu da rublun məzənnəsinə təsir etdi.
Lirə niyə batır yerə? | Pərviz Heydərovun şərhi

Ekspert onu da qeyd edib ki, Rusiya demək olar, bütün MDB ölkələri və Azərbaycan üçün mühüm ticarət tərəfdaşıdır. 2022-ci ildə Rusiya Azərbaycanın ümumi idxalında 18,8% payla əsas mal tədarükçüsü olub. Azərbaycanın ixracatına gəlincə, burada Rusiya 2,6% payla 7-ci yerdədir. Rublun zəifləməsi Rusiyadan idxalın artmasına kömək edəcək. Müvafiq olaraq, MDB ölkələri mənfi ticarət balansının artmasının qarşısını almaq üçün öz valyutalarını eyni şəkildə zəiflətməyə məcbur olacaqlar.

“Amma bu zaman Rusiyanın tədarükləri artırmaq üçün real imkanlarını təhlil etmək lazımdır. Çünki belə imkanlar yoxdursa, o zaman MDB valyutalarının rubldan asılılığı iqtisadi deyil, psixoloji xarakter daşıyacaq. Müvafiq olaraq, yaxın perspektivdə MDB ölkələri rublun məzənnəsinin dəyişməsinə daha az reaksiya verməli olacaqlar”, - ekspert fikirlərini tamamlayıb.

Tariyel Həsənov
AzVision.az


Teqlər:   Rubl   İnflyasiya   Rusiya  





Xəbər lenti