Azərbaycanla Avropa İttifaqı arasında sənəd imzalandı

Azərbaycanla Avropa İttifaqı arasında sənəd imzalandı
  14 İyun 2014    Oxunub:859
Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında Azərbaycan Respublikasının İttifaqın proqramlarında iştirakının ümumi prinsipləri haqqında çərçivə sazişi üzrə bir tərəfdən Azərbaycan, digər tərəfdən Avropa Birliyi və onun üzvü olan dövlətlər arasında tərəfdaşlıq və əməkdaşlıq Sazişinin Protokolu imzalanıb.

AzVision.az-ın məlumatına görə, sənədi Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard, Avropa İttifaqı Şurasına hazırda sədrlik edən Yunanıstan adından bu ölkəninin Azərbaycandakı səfiri Dimitrios Tsounqas və Azərbaycanın Avropa İttifaqı yanında daimi nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov imzalayıblar.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Joze Manuel Barrozu mətbuata bəyanatlarla çıxış ediblər.

AzVision.az




Teqlər:  





Xəbər lenti