Azercell məhkum qadınlar üçün "Kitab Klubu" təşkil etdi

Azercell məhkum qadınlar üçün "Kitab Klubu" təşkil etdi
  13 Mart 2025    Oxunub:441
Lider mobil operator Beynəlxalq Qadınlar Gününə həsr olunmuş ədəbi görüş keçirdi
Azercell-in cəmiyyətdə mütaliə mədəniyyətinin təşviqi məqsədilə həyata keçirdiyi "Kitab Klubu" layihəsi çərçivəsində növbəti görüş baş tutdu. Beynəlxalq Qadınlar Günü ərəfəsində təşkil olunan tədbir 4 saylı cəzaçəkmə müəssisəsi və Qadın Qaynar Xətti ilə birgə əməkdaşlıq çərçivəsində keçirildi. Görüşdə mütaliə və ədəbiyyatın cəmiyyətin mənəvi və mədəni inkişafına, həmçinin sosial inteqrasiyaya təsiri müzakirə olundu.

Tədbirin qonağı tanınmış aktyor, rejissor, ssenari müəllifi Əlixan Rəcəbov Azərbaycan ədəbiyyatında qadın obrazlarının inkişafı barədə danışdı. Əlixan klassik və müasir ədəbiyyatda qadınların rolu, eləcə də kitabların ekranlaşdırılmasının ədəbiyyatın geniş auditoriyaya çatdırılmasında oynadığı mühüm rol barədə fikirlərini bölüşdü.

Görüş zamanı iştirakçılar seçdikləri şeir və ədəbi nümunələri səsləndirdilər, ədəbiyyat barədə düşüncələrini bölüşdülər.


AzVision.az



Teqlər:





Xəbər lenti