Daha bir ölkə "TikTok"u qadağan etdi

 Daha bir ölkə "TikTok"u qadağan etdi
  14 Noyabr 2023    Oxunub:1617
Daha bir ölkə Çin sosial media platforması "TikTok"u qadağan edib.
AzVision.az xəbər verir ki, Nepal "TikTok"u qadağan edən ölkələr siyahısına qoşulub. Hökümət "TikTok"un ölkədəki ictimai quruluşu pozduğunu əsas gətirərək bu qərarı qəbul edib.

Rabitə və İnformasiya Texnologiyaları Naziri Rekha Sharma platformanın etiraz doğuran məzmun yaydığını söyləyib. O, qadağanın dərhal qüvvəyə minəcəyini və səlahiyyətlilərə qərarı həyata keçirmək üçün göstəriş verildiyini qeyd edib.

Qeyd edək ki. Nepal "TikTok"u qadağan ilk ölkə deyil. Kanada fevral ayında, Belçika, Norveç, İngiltərə və Yeni Zelandiya isə mart ayında isə "TikTok"un dövlət telefonlarında və elektron cihazlarda istifadəsini qadağan edib. İsveç Müdafiə Nazirliyi həmçinin təhlükəsizlik baxımından şəxsi heyətin iş telefonlarında "TikTok" tətbiqindən istifadəsinin qadağan edildiyini açıqlayıb. Aprel ayında Avstraliya "TikTok" tətbiqinin federal hökumətə məxsus cihazlarda istifadəsini qadağan edib.. May ayında ABŞ-ın Montana ştatı "TikTok" tətbiqindən istifadəni qadağan edərək ölkədə TikTok-u qadağan edən ilk ştat olub.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti