Pişik sahibi olduğu üçün cəza verilmədi

Pişik sahibi olduğu üçün cəza verilmədi
  21 Noyabr 2023    Oxunub:1440
Rusiyada məhkəmə müttəhimə verilən cəzanı pişik sahibi olduğu üçün təxirə salıb.
“Russia Today”-in məlumatına görə, Sibir bölgəsinin Kemerovo şəhərində sərxoş halda başqa şəxsə hücum edən 48 yaşlı Sergey B. yə ictimai yerlərdə zorakılıq törətdiyi və sənədsiz odlu silah saxladığına görə məhkəmə işi açılıb.

Bütün ittihamlar məhkəmədə qəbul edilsə, mütəhimə Rusiya Cinayət Məcəlləsinə əsasən 5 ilə qədər həbs cəzası verilə bilər. Lakin təqsirləndirilən şəxsin səhhətinin yaxşı olamaması, polislə əməkdaşlıq etməsi, pişik sahibi olması kimi yüngülləşdirici amilləri əsas gətirilərək cəzası təxirə salınıb.

Rusiyanın "Mash" telekanalı qeyd edib ki, Rusiya Cinayət Qanununda pişik sahibi olmaq heç vaxt yüngülləşdirici amil kimi qəbul edilməyib.

Təqsirləndirilən şəxslər yalnız baxmalı olduqları uşaqları və ya qohumları olduqda cəzanın azaldılmasını tələb edə bilərlər.

AzVision.az


Teqlər:





Xəbər lenti