NASA: "İtmiş asteroid 2024-cü ildə Yerlə toqquşa bilər"

      NASA:    "İtmiş asteroid 2024-cü ildə Yerlə toqquşa bilər"
  27 Noyabr 2023    Oxunub:2010
İlk dəfə 2007-ci ildə aşkar edildikdən sonra teleskopların görmə alanından itən asteroidin gələn il Yer planeti ilə toqquşa bilər.
NASA-nın Yerə Yaxın Obyekt Tədqiqatları Mərkəzi (CNEOS) FT3 adlandırılan asteroidin orbitini müəyyən etmək üçün çalışıb. Son araşdırmalar bu asteroidin gələn il planetə düşə biləcəyini meydana çıxarıb.

2024-cü ilin oktyabrında itirilmiş meteoritin Yerə dəymə ehtimalı təxminən 11,5 milyonda birdir. 2024-cü ilin martında isə Yerə çarpma ehtimalı 10 milyonda 1 olaraq təyin olundu. Bu son dərəcə kiçik bir ehtimal olsa da, meteoritin planetə düşəcəyi təqdirdə 2,6 milyard ton TNT gücündə partlayış yaradacağı proqnozlaşdırılır.

Bu enerji planeti məhv edəcək qədər böyük deyil. Lakin onun dəydiyi bölgəyə böyük ziyan vurması və bütün Yer kürəsinə şok dalğaları göndərməsi mümkündür.

Kosmik agentliklər bu günə qədər Yerə yaxın olan 30 mindən çox asteroidi sənədləşdiriblər. Hazırda həmin obyektlər müşahidə olunur.

Bununla belə, NASA və digər qurumlar əmindirlər ki, Günəşin parıltısında hələ də kəşf edilməmiş böyük asteroidlər və kometalar gizlənir. NASA tədqiqatçıları itmiş asteroidə nə olduğunu hələ dəqiq bilmirlər. Onlar metreodin planetə dəymə ehtimalına qarşı ayıq-sayıq qalacaqlarını və əlamətlər axtarmağa davam edəcəklərini söyləyiblər.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti