`Leyla Yunus erməni qardaşları ilə bir yerdə oturmuşdu`

- Leyla Yunus bütün iştirakçılara deyib ki, Azərbaycanda ona erməni deyirlər və guya ki, erməni olduğuna görə təzyiqlərə üzləşir. Leyla Yunusun bu çıxışından sonra erməni deputatları NATO-nun rəhbərliyinə deyiblər ki, görürsünüz, Leyla Yunusun özü deyir ki, bunlar ermənilərə nifrət edirlər və bizim xalqa düşmən kimi baxırlar. Sadəcə bir həqiqəti demək istəyirəm. Leyla Yunus indiyə qədər hansı beynəlxalq tədbirdə görüb ki, erməni nümayəndələri öz ölkəsinin əleyhinə bir cümlə də olsa, danışsınlar? Bakıya gələn ermənilərin arasında müxalifət nümayəndələri də olub. Ancaq heç vaxt onlar öz ölkələrinin milli maraqlarının əleyhinə bir cümlə də olsun danışmayıblar. Leyla Yunus heç olmasa bundan utansın ki, erməni deputatı ilə onun Azərbaycanın milli maraqlarına olan münasibətində heç bir fərq yoxdur. Elə NATO-nun tədbirində də Leyla Yunus erməni qardaşları ilə bir yerdə oturmuşdu.