Paytaxtın 551 əsas küçə və prospekti yuyulub

Paytaxtın 551 əsas küçə və prospekti yuyulub
  15 Mart 2025    Oxunub:423
Səhər saatlarından etibarən Bakının 551 əsas küçə və prospektlərinin yuyucu maddələrlə yuyulması təmin edilib.
AzVision.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti məlumat yayıb. Eyni zamanda genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib.

Bundan başqa Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən aksiya çərçivəsində icra qurumlarının əməkdaşları və İctimai Birliyin könüllüləri tərəfindən iqlim şəraitinə uyğun olaraq seçilmiş ağac və kol bitkiləri əkilib.

Eyni zamanda gün əzində paytaxtın kommunal xidmətləri Novruz bayramı ərəfəsində şəhərdə təmizliklə bağlı daxili iməcilik keçirilib.

Xidmətin xüsusi təyinatlı texnikası və əməkdaşları tərəfindən prospekt və küçələrin, səki kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib, BŞİH-nin müraciətinə qoşulan özəl sektor nümayəndələri tərəfindən ticarət və digər obyektlərin vitrinləri və qarşısı təmizlənib.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların üzərinə toplanan toz və torpaq yuyulub, onların dibi yumşaldılıb, qurumuş budaqlar budanıb və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib.

AzVision.az



Teqlər:





Xəbər lenti