Rusiya ilə sülh danışıqlarında Ukraynanı təmsil edəcək rəsmilərin siyahısı məlum olub

Rusiya ilə sülh danışıqlarında Ukraynanı təmsil edəcək rəsmilərin siyahısı məlum olub
  15 Mart 2025    Oxunub:564
Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna tərəfini Rusiya ilə sülh danışıqlarında təmsil edəcək hökumət üzvlərinin siyahısını təsdiqləyib.

AzVision.az “strana.ua” portalına istinadən xəbər verir ki, onların arasında ölkənin Prezident Ofisinin rəhbəri Andrey Yermak, Prezident Ofisi rəhbərinin müavini Pavel Palisa, xarici işlər naziri Andrey Sibiqa, müdafiə naziri Rustam Umerov yer alıb.

Nümayəndə heyətinə A. Yermak rəhbərlik edəcək.

Ukrayna Prezidenti Volodimir Zelenski tərəflər arasında Ciddə danışıqlarını şərh edib.

O deyib ki, danışıqlarda ölkəsinin ərazi bütövlüyü, eləcə də Ukrayna ərazisində sülhməramlı kontingentin yerləşdirilməsinin mümkünlüyü ətrafında müzakirələr aparılıb.

Ukrayna lideri Böyük Britaniya və Fransanın rolunu da xüsusi qeyd edib. Eyni zamanda V. Zelenski deyib ki, tərəfdaşları ölkəsi üçün “qırmızı xətt”in mövcudluğu barədə məlumatlıdır.

Zelenski ölkəsinin postmüharibə dövründə bərpası prosesində ABŞ və Avropanın iştirakına ümidvar olduğunu sözlərinə əlavə edib.

AzVision.az



Teqlər:





Xəbər lenti