Orban Avropa İttifaqına 12 tələb irəli sürüb

Onun sözlərinə görə, Macarıstan Aİ liderlərinin birliyin ayrı-ayrı ölkələrinin səlahiyyətlərini məhdudlaşdırmaq və onları xüsusilə konsensusla qəbul edilməli olan ən vacib siyasi qərarlara veto qoymaq hüququndan məhrum etmək cəhdlərinə etiraz edir.
V.Orban həmçinin Aİ və bütün dünyada sol liberal ideyaları təşviq etmək üçün yaradılmış Corc Soros fondları tərəfindən suveren dövlətlərin işlərinə müdaxilənin yolverilməzliyinə diqqət çəkib. Bundan başqa, Macarıstan Aİ-dən Avropanın xristian irsini qorumağı tələb edir ki, bu da Asiya və Afrikanın müsəlman ölkələrindən qanunsuz miqrasiyaya qarşı mübarizə deməkdir.
Onun daha bir tələbi Avropada sülhə nail olmaq və Ukraynanı Avropa İttifaqına qəbul etməməkdir.
AzVision.az
Teqlər: