Azərbaycandan AŞPA-ya: İrəvana sanksiya tətbiq edin

Deputat bir daha xatırladır ki, layihədə Azərbaycan ərazilərinin işğalına son qoyulana qədər Ermənistan nümayəndə heyətinə sanksiyalar tətbiq etməyə çağırış səsləndirilib.
Qeyd edilir ki, 14 üzv dövləti təmsil edən 58 nümayəndənin imzaladığı qətnamə layihəsi vaxtında və bütün şərtlərə və qaydalara tam müvafiq irəli sürülmüş, təqdim və dərc edilib. Qətnamə layihəsi artıq Assambleyanın rəsmi sənədidir. Qətnamə layihəsi ilə bağlı iyunun 22-də Sədarət Komitəsinin rəyi və iyunun 27-də Büronun qərarı ilə başlayaraq AŞPA-nın səlahiyyətli siyasi qurumları tərəfindən normal siyasi qərar verilməlidir.
E.Süleymanov müraciətində Azərbaycan ərazilərini işğal altında saxladığına görə Ermənistana qarşı sanksiyaların tətbiq edilməsini tələb edən qətnamə layihəsinin müzakirələrdən kənarlaşdırılması istiqamətində ədalətsizliyin və ayrı-ayrı qüvvələrin korporativ maraqlarının Avropa Şurasının prinsiplərindən üstün tutulmasının qarşısını almağa çağırıb.
Teqlər: