Vens: “Avropanı sivilizasiya intiharı gözləyir”

      Vens:    “Avropanı sivilizasiya intiharı gözləyir”
  15 Mart 2025    Oxunub:542
ABŞ-nin vitse-prezidenti Cey Di Vensin fikrincə, öz sərhədlərinə nəzarət edə bilməməklə və vətəndaşların söz azadlığını məhdudlaşdırmaqla Avropa ölkələri “sivilizasiya intiharı” riski ilə üzləşirlər.
AzVision.az xəbər verir ki, ABŞ-nin vitse-prezidenti “Fox News” telekanalına müsahibəsində belə deyib.

“Avropanı sivilizasiya intiharı hədələyir. Onlar ya öz sərhədlərini idarə edə bilmirlər, ya da bunu istəmirlər. İndi gördüyümüz, onların buna müqavimət göstərmək cəhdləri yaxşıdır, bu düzgün addımdır. Amma siz həm də görürsünüz ki, onlar öz vətəndaşlarının söz azadlığını məhdudlaşdırmağa başlayıblar. Hətta bu vətəndaşlar sərhəd pozulmasına, işğala etiraz etdikdə belə onların söz azadlığı məhdudlaşdırılır”, - Di Vnes vurğulayıb.

Bloomberg: “Transatlantika alyansı Münhendə öldü”
Onun iddiasına görə, məhz bu etiraz əhval-ruhiyyəsi Donald Trampın və bir sıra Avropa liderlərinin seçilməsinə səbəb oldu. Bu baxımdan sərhədlərin açılması və vətəndaşların hüquqlarının məhdudlaşdırılması siyasəti Avropa ölkələri üçün ciddi problemə çevrilir.

Xatırladaq ki, bu il fevralın ortalarında keçirilən Beynəlxalq Münhen Təhlükəsizlik Konfransında ABŞ-nin vitse-prezidenti Cey Dİ Vens Avropa ölkələrinin liderlərinə və siyasi isteblişmentinə qarşı çox sərt ittihamlar səsləndirməklə, demək olar ki, bütün dünyanı şoka salmışdı.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Vens   Avropa   intihar  





Xəbər lenti