"2023-cü il tarixdə ən isti il ​​olub" - NASA

   "2023-cü il tarixdə ən isti il ​​olub" -    NASA
  13 Yanvar 2024    Oxunub:1682
2023-cü il bütün müşahidələr tarixində planetin ən isti ili olub.
AzVision.az xəbər verir ki, bunu ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) alimləri bildirib.

"2023-cü ildə Yer kürəsinin orta səthinin temperaturu rekord həddə qədər isti olub. Keçən il orta temperatur təxminən 1,2 dərəcə selsi olub", - alimlər hesabatda bildiriblər.

2023-cü ilin ən isti ayı, orta temperaturun təxminən 1,4 dərəcə selsi olduğu iyul idi ki, bu da rekordların başladığı 1880-ci ildən ən yüksək göstəricidir.

İyun-dekabr ayları tarixdə hər ay üçün ən isti temperatur qeydə alınıb.

"NASA və Milli Okean və Atmosfer Administrasiyasının qlobal temperaturla bağlı hesabatları milyonlarla insanın son bir ildə yaşadıqlarını təsdiqləyir: biz iqlim böhranı ilə üz-üzəyik", - NASA-nın direktoru Bill Nelson deyib.

AzVision.az


Teqlər:





Xəbər lenti