Husilər ABŞ gəmisini hədəfə alıblar

   Husilər ABŞ gəmisini hədəfə alıblar
  15 Yanvar 2024    Oxunub:1002
Yəməndə husilərin nəzarətindəki bölgədən Qırmızı dənizin cənubunda fəaliyyət göstərən ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "USS Laboon" gəmisinə raket atılıb.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) "X" hesabında bəyanat yayıb.

Gəmi əleyhinə qanadlı raketin hədəfə çatmadan Yəmənin Hüdeydə şəhəri sahilində ABŞ hərbi təyyarələri tərəfindən vurulduğu bildirilib.

Xatırladaq ki, Qəzza zolağındakı münaqişəni əsas gətirən Yəmən husiləri Qırmızı dənizdə İsrailə aid və ya İsrail limanlarına gedən gəmiləri hədəfə alırlar.

Firudin Həmidli
AzVision.az


Teqlər: husilər   Yəmən   raket   gəmi  





Xəbər lenti