Putin Şimali Koreyaya gedəcək

   Putin Şimali Koreyaya gedəcək
  15 Yanvar 2024    Oxunub:876
Rusiya prezidenti Vladimir Putin yaxın gələcəkdə Koreya Xalq Demokratik Respublikasına səfər edə bilər.
AzVision.az xəbər verir ki bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib. O səfərin vaxtının diplomatik kanallar vasitəsilə daha sonra razılaşdırılacağını qeyd edib.

Peskov bildirib ki, Rusiya Federasiyası Şimali Koreya ilə bütün sahələrdə tərəfdaşlığı inkişaf etdirmək niyyətindədir.

O, Kremlin yanvarın 16-da Moskvada keçiriləcək Rusiya və KXDR XİN başçıları arasında danışıqların zəngin, məzmunlu və səmərəli olacağını gözlədiyini əlavə edib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti