İsrailli futbolçu Türkiyədə saxlanıldı

   İsrailli futbolçu Türkiyədə saxlanıldı
  15 Yanvar 2024    Oxunub:1007
“Antalyaspor” klubunun israilli futbolçusu Saqiv Yehezkel ictimaiyyətdə düşmənçiliyi və nifrəti qızışdırmaq ittihamı ilə saxlanılıb.
Bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç məlumat verib. O qeyd edib ki, Antalya Baş Prokurorluğu İsrailin Qəzza zolağındakı hərəkətlərini dəstəklədiyinə görə Saqiv Yehezkelə qarşı məhkəmə prosesi başladıb.

İsrailin müdafiə naziri Yoav Qalant Türkiyə hökumətini futbolçunu saxladığına görə tənqid edib. Nazir xatırladıb ki, ötən il Türkiyədə güclü zəlzələ baş verəndə İsrail respublikaya yardım edən və bir çox türk vətəndaşının həyatını xilas edən ilk ölkə olub.

Qalant Yehezkelin həbsini “riyakarlıq və nankorluq” adlandırıb və Türkiyənin özünü HƏMAS-ın icra orqanı kimi apardığını vurğulayıb.

2023-cü ilin oktyabrında İsrail və HƏMAS arasında münaqişə başlayandan bəri Türkiyə rəhbərliyi Fələstini HƏMAS təşkilatının tərəfində olub və dəfələrlə Təl-Əvivi Qəzza zolağında hərbi cinayətlər törətməkdə ittiham edib. Dekabrda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan HƏMAS-ı heç vaxt terror təşkilatı kimi tanımayacağını bildirmişdi.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti