Sərhədlərin delimitasiyası ilə bağlı növbəti görüşün vaxtı açıqlandı

   Sərhədlərin delimitasiyası ilə bağlı növbəti görüşün vaxtı açıqlandı
  15 Yanvar 2024    Oxunub:945
Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası ilə bağlı növbəti görüş yanvarın sonunda baş tutacaq, tarix və yer hələ müəyyən edilir.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Mher Qriqoryan bildirib.

Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, bəzi xarici və daxili qüvvələr İrəvanın və Bakının davamlı sülhə nail olmasını istəmir.

Yanvarın 4-də Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin mətni ilə bağlı mühüm irəliləyiş əldə olunub. Onun sözlərinə görə, hələ də bir neçə həll olunmamış problem var.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti