Alman politoloq: "Xalq Rusiya ilə münaqişə ehtimalına inanmır"

    Alman politoloq:    "Xalq Rusiya ilə münaqişə ehtimalına inanmır"
  15 Yanvar 2024    Oxunub:951
"Almaniya ictimaiyyəti Rusiya ilə münaqişə ehtimalına inanmır".
AzVision.az xəbər verir ki, bunu politoloq Aleksandr Rahr “Vzqlyad” qəzetinə müsahibəsində deyib.

Fransanın keçmiş baş naziri Kiyevə yardımları səmərəsiz adlandırdı
O, məşhur "Bild" nəşrinin Almaniyanın Rusiya Federasiyası ilə müharibəyə hazırlaşması ilə bağlı plan hazırlamasına dair məqaləsini şərh edərkən saytı ittiham edib. Onun fikrincə, bu məqalə sadəcə xarici hərbçilərin Ukraynaya göndərilməsi zərurəti ilə bağlı ictimai rəy hazırlayır.

“Bild" qəzeti təxribatları və ehtirasları qızışdırması ilə tanınır. Buna görə də, Röpkenin məqaləsini qeyri-ciddi qəbul etmək lazımdır. Vacib məqam odur ki, bu məqalənin hansı kontekstdə yayımlandığını anlayasan. Hazırda ABŞ Ukraynanı silahla təmin etməkdən imtina edir və bu vəzifəni avropalıların üzərinə qoymağa çalışır”, - Rahr məqaləni beynəlxalq siyasi oyunlarla əlaqələndirib.

Onun fikrincə, Vaşinqton Almaniyanı Ukraynaya maliyyə yardımının əsas donoru olmağa məcbur etmək istəyir.

Xatırladaq ki, "Bild" qəzeti sensasiyalı məqalə dərc edib. Nəşr iddia edir ki, guya Bundesverdən redaksiyaya Almaniya Federativ Respublikasının Rusiya ilə müharibə planı hazırlamasından bəhs edən məxfi sənəd daxil olub. Sənədə görə, münaqişə 2025-ci ildə Ukraynanın məğlubiyyətindən sonra başlaya bilər. İddia edilir ki, Rusiya Suvalski dəhlizinə hücum etmək üçün Kalininqrada qoşun yeridəcək və NATO buna şərq cinahına 300 min əsgər göndərməklə cavab verəcək.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Almaniya   Rusiya  





Xəbər lenti