Kim Çen İn: "Cənubi Koreya "mütləq düşmən" elan edilsin"

    Kim Çen İn:  "Cənubi Koreya "mütləq düşmən" elan edilsin"
  16 Yanvar 2024    Oxunub:1129
Şimali Koreya lideri bu məsələ üzrə konstitusiyanın yenidən yazılmasını tələb edir.
AzVision.az xəbər verir ki, Kim Çen İn Ali Xalq Məclisinin 10-cu sessiyasında Cənubi Koreya ilə cari münasibətləri dəyərləndirib.

O söyləyib ki, Seulun "mütləq düşmən" kimi təyin edilməsi üçün ölkə konstitusiyası yenidən hazırlanmalıdır.

Rəqibini ABŞ ilə hərbi təlimlər keçirərək Koreya yarımadasını mümkün müharibə zonasına çevirməkdə ittiham edən lider barışığın qeyri-mümkün olduğunu və paytaxt Pxenyanda iki ölkənin birləşməsi ümidi ilə ucaldılmış abidənin söküləcəyini bildirib.

Qeyd edək ki, Şimali Koreyanın Ali Xalq Məclisi dünən Cənubi Koreya ilə əlaqələri idarə etmək vəzifəsi daşıyan Sülhməramlı Birləşmə Komitəsini, Milli İqtisadi Əməkdaşlıq Bürosunu və Beynəlxalq Turizm Administrasiyasını ləğv edib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Koreya  





Xəbər lenti